AGF Kuboku ikinci gün: 6 qızıl, 4 gümüş və 5 bürünc medal

AGF Kuboku ikinci gün: 6 qızıl, 4 gümüş və 5 bürünc medal

Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edir.

Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar keçirilib. 106 pəhləvanın mübarizə apardığı yarış günündə güləşçilərimiz 6 qızıl, 4 gümüş və 5 bürünc medala yiyələniblər. Komanda hesabında yığmamız ilk sırada qərarlaşıb. Gürcüstan ikinci, Türkiyə güləşçiləri üçüncü olub.

Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıb. Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.

50 kq

1/2 final
Xəyyam Abdullayev - Kanagat Akylbek (KAZ) 3:0
İslomjon Baxramov (UZB) - İbrahim Nurullayev 0:9


FİNAL - Xəyyam Abdullayev - İbrahim Nurullayev 5:13
Bürünc medal görüşü - Səid Sarıyev - Kanagat Akylbek (KAZ) 9:10
Bürünc medal görüşü - Azər Nəsibli - İslomjon Baxramov (UZB) 5:16

55 kq

1/2 final
Sakit Quliyev - Behrouz Maleki (IRI) 6:4
Beka Balanchivadze (GEO) - Murad Bazarov 0:8


FİNAL - Sakit Quliyev - Murad Bazarov 8:1
Bürünc medal görüşü - Ramiz Məmmədov - Behrouz Maleki (IRI) 7:6
Bürünc medal görüşü - Ferdi Yoruk (TUR) - Beka Balanchivadze (GEO) 8:0

60 kq

1/2 final
Orxan Eyvazov - Erik Torba (HUN) 4:1
Kərim Cəfərov - Rauf Ələkbərli 4:3


FİNAL - Orxan Eyvazov - Kərim Cəfərov 0:9
Bürünc medal görüşü - Orhan Celik (TUR) - Erik Torba (HUN) 8:0
Bürünc medal görüşü - Murad Mikeladze (GEO) - Rauf Ələkbərli 0:7

66 kq

1/2 final
Elman Muxtarov - Orxan Məmmədli 3:0
Şmaqi Bolkvadze (GEO) - Ruhin Mikayılov 5:1


FİNAL - Elman Muxtarov - Şmaqi Bolkvadze (GEO) 2*:2
Bürünc medal görüşü - Zoltan Levai (HUN) - Orxan Məmmədli 3:1
Bürünc medal görüşü - Cengiz Arslan (TUR) - Ruhin Mikayılov 1:3

74 kq

1/2 final
Hacımurad Bağmanov - Tamerlan Şadukayev (KAZ) 4:9
Payam Bouyeri (IRI) - Gela Bolkvadze (GEO) 8:0


FİNAL - Tamerlan Şadukayev (KAZ) - Payam Bouyeri (IRI) 0:8
Bürünc medal görüşü - Mehrac Kərimov - Hacımurad Bağmanov 2:6
Bürünc medal görüşü - Y.Emre Basar (TUR) - Gela Bolkvadze (GEO) 1:6

84 kq

1/2 final
Fatih Cengiz (TUR) - Laşa Gobadze (GEO) 1:6
İslam Abbasov - Şalva Kaçidze (GEO) 6:2


FİNAL - Laşa Gobadze (GEO) - İslam Abbasov 0:8
Bürünc medal görüşü - Mohammadali Shamsiddinov (UZB) - Fatih Cengiz (TUR) 1:9
Bürünc medal görüşü - Edris Ebrahimi (IRI) - Şalva Kaçidze (GEO) 13:12

96 kq

1/2 final
Türmən Eyyubov - Zamir Məhəmmədov 3:2
A.Ulvi Çetin (TUR) - Orxan Nuriyev 0:8


FİNAL - Türmən Eyyubov - Orxan Nuriyev 2:4
Bürünc medal görüşü - Fatih Başköy (TUR) - Zamir Məhəmmədov 1:0
Bürünc medal görüşü - Nikoloz Kakhelashvili (GEO) - A.Ulvi Çetin (TUR) 9:0

120 kq

1/2 final
Samuka Darçia (GEO) - Abbas Abdullayev 9:6
Babek Razımpoosh (IRI) - Tolqa Turan (TUR) 6:5


FİNAL - Samuka Darçia (GEO) - Babek Razımpoosh (IRI) 0:4
Bürünc medal görüşü - Mansur Şadukayev (KAZ) - Abbas Abdullayev 0:8
Bürünc medal görüşü - Zurab Gedekhauri (GEO) - Tolqa Turan (TUR) 8:0

Komanda hesabı

1. AZƏRBAYCAN
2. Gürcüstan
3. Türkiyə

Bütün xəbərlər Facebook səhifəmizdə