Maqnus Karlsen: "Vüqar Həşimovun olmaması şahmat aləminə böyük itkidir"
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2014" turnirində iştirak etmək üçün Azərbaycana gələn dünya çempionu Maqnus Karlsen açıqlama verib. SİA-nın məlumatına görə, norveçli şahmatçı yarışın başlanmasını səbirsizliklə gözlədiyini qeyd edib: "Şadam ki, yenidən ölkənizə səfər etmişəm. Vüqar Həşimovun xatirə turnirinə hazırlığımı Omanda keçirmişəm. Yarışın başlanmasını səbirsizliklə gözləyirəm və ümid edirəm ki, bütün qonaqlar iştirakdan məmnun qalacaqlar. Bu turnirdə qələbə qazanmaq istəyirəm. Əlbəttə, bütün rəqiblərimə hörmət edirəm və bilirəm ki, gərgin mübarizə gedəcək. Başa düşürəm ki, rəqiblərim mənə qarşı partiyalarda qələbə üçün hər şey edəcəklər. Ancaq mən Azərbaycana Vüqar Həşimovun xatirə turnirini qazanmağa gəlmişəm."
Təşkilatçılığın yüksək səviyyədə olacağına inandığını deyən dünya çempionu M. Karlsen mərhum Vüqar Həşimov haqda da xatirələrini bölüşüb: "Vüqar Həşimov dünyanın ən güclü şahmatçılarından biri idi. Onun partiyaları və gedişləri hələ də yaddan çıxmayıb. Çox təəssüf edirəm ki, hazırda Vüqar bizmlə deyil. Onun gedişi mənə də çox pis təsir etdi. Vüqarın olmaması şahmat aləminə böyük itkidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB