Ulu Öndərin xatirəsinə həsr olunan futzal üzrə turnirə start verilib FOTO
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) təşkilatçılığı ilə birgə tədbirlər planına əsasən silsilə tədbirlər, idman yarışları keçirilir. Tədbirlər planına əsasən bu gün futzal üzrə turnirə start verilib. Bu barədə SİA-ya BŞGİBİ-nin mətbuat xidmətindən məlumat verilib. Turnirdə Daxili İşlər Nazirliyinin strukturuna aid olan müxtəlif orqanlardan 13 komanda dairəvi sistem üzrə mübarizə aparacaq. Turnirdə ilk üç yeri tutan komandaların heyətindən paytaxt yığma komandasının tərkibi müəyyən olunacaq.
Tədbirin açılış mərasimində iştirak edən Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov və BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan mühüm mərhələ kimi qiymətləndiriblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB