"Ayın oyunçusu" və "ayın qolu" nominasiyasının qalibləri mükafatlandırıldı
Azərbaycan Peşəkar Futbol Liqası və "Topaz" şirkəti "ayın oyunçusu" və "ayın qolu" nominasiyasının qaliblərini elan edib. SİA-nın məlumatına görə, tədbirdə hər iki qurumun rəsmiləri, qalib futbolçular və jurnalistlər iştirak ediblər. Dekabr ayının ən yaxşı oyunçusu "Qəbələ" FK-nın futbolçusu Daniel Subotiç, ən yaxşı qolun sahibi isə AZAL klubunun üzvü Con Oluremi seçilib. Fevral və mart ayının ən yaxşı oyunçusu və fevral ayının ən yaxşı qolunun müəllifi "Qarabağ" klubunun hücumçusu Dos Santos Reynaldo, mart ayının ən yaxşı qolunun sahibi isə AZAL FK-nın futbolçusu Con Oluremi olub.
Qaliblər PFL və "Topaz" tərəfindən mükafatlandılıblar. "Ayın oyunçusu nominasiyasının qaliblərinə 1500 AZN, "Ayın qolu" nomiasiyasının qaliblərinə isə 1000 AZN pul mükafatı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB