Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyi davam edir. SİA-nın məlumatına görə, yarışların ikinci günündə ilk olaraq 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb. Təəssüf ki, həmyerlimiz Yaponiya boksçusu Araşi Morisakaya uduzaraq, dünya birinciliyi ilə vidalaşıb.
Bu gün Bakı vaxtı ilə saat 21.15-də daha bir boksçumuz mübarizəyə qoşulacaq. Orxan Əliyev (60 kq) Sofiyada ilk görüşünü serbiyalı Florian Saboya qarşı keçirəcək.
Xatırladaq ki, budəfəki dünya birinciliyi yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB