"Shamkir Chess 2014" beynəlxalq turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub

"Shamkir Chess 2014" beynəlxalq turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub

Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub. SİA-nın məlumatına görə, mötəbər turnirlə bağlı bütün xəbərləri http://www.shamkirchess.az və http://www.shamkirchess.com ünvanında izləmək mümkündür.

"Shamkir Chess 2014" beynəlxalq turnirinin medalları Almaniyadan, kuboklar isə Türkiyədən sifariş olunub.

Qeyd edək ki, "Synergy Group"un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə