Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaqlar

Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaqlar

Aprelin 19-dan 22-dək "Bakı" Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarusiya, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Yarışın proqramına əsasən, aprelin 19-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 20-də yunan-Roma güləşi üzrə gənclər, 21-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 22-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Turnirin rəsmi açılış mərasimi aprelin 19-da saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə