Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Cənubi Afrika Respublikasında keçirilən "Mzansi Tour" veloyürüşündə çıxışını davam etdirir. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışının 2-ci mərhələsində iştirakçılar 159 km məsafə qət ediblər.
Heyəti Kristof Şvayzer, Yan Sokol, Metyu Bremmier, Markus Eybeger, Fil Laveri və Konnor Makkonveydən ibarət "Synergy Baku" komandasından 2-ci mərhələdə ən yaxşı göstərici Markus Eybegerə məxsusdur. O, məsafəni 3 saat, 47 dəqiqə, 48 saniyəyə başa vuraraq 8-ci olub. Bu mərhələnin qalibi adını isə yerli "MTN-Qhubeka" komandasının üzvü Luis Meytjes qazanıb (3 saat, 46 dəqiqə, 8 saniyə).
Ümumi sıralamaya gəlincə, 2-ci mərhələdəki çıxışı Eybegerə 11-ci pilləyə qalxmağa şərait yaradıb. Hazırda o, liderə 2 dəqiqə, 50 saniyə uduzmaqla 11-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB