11-13 aprel 2014-cü il tarixində Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında 17-ci "Zəfər Kuboku" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxstan, Qırğızıstanla yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası iştirak edəcək.
Turnirdə məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında 7 güləşçimiz qüvvəsini sınayacaq. Heyətdə Türkan Nəsirova (46 kq), Tatyana Varantsova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Leyla Qurbanova, Şəbnəm Əhmədova, Ləman Qurbanova (hamısı 52 kq) və Anita Kələntərova (70 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Azadov ölkəmizi təmsil edəcək.
Turnirin proqramına əsasən, aprelin 11-də 38, 46, 56, 65 kq, 12-də 40, 49, 60 kq, aprelin 13-də isə 43, 52 və 70 kq çəki dərəcəsində qızlar mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB