Bakıda UEFA-nın mini-turniri keçiriləcək

Bakıda UEFA-nın mini-turniri keçiriləcək

Mayın 14-dən 16-a qədər Bakı şəhərində 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, mini-turnirdə Azərbaycan, Rusiya və İsrailin müvafiq yaş qrupuna daxil olan yığmaları iştirak edəcək. Oyunların təqvimini diqqətinizə çatdırırıq:

14 may, saat 14:00

Azərbaycan - İsrail

15 may, saat 14:00

İsrail - Rusiya

16 may, saat 14:00

Azərbaycan - Rusiya

Qeyd edək ki, bütün oyunlar Bayıl stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə