Azərbaycanda klub prezidenti avtomobil qəzasına düşüb

Azərbaycanda klub prezidenti avtomobil qəzasına düşüb

"Bakılı" klubunun işləri heç də düz gətirmir. Maddi imkansızlıq içində olan, eyni zamanda bəxtsiz yol əhvalatı səbəbindən "Şahdağ"la oyun üçün Qusara da gedə bilməyən komandanın növbəti turda meydançaya çıxıb-çıxmaması hələ də sual altındadır.

Siasport.az saytı xəbər verir ki, Rekord.az-a daxil olan məlumata görə, bu yaxınlarda klubun prezidenti Misir Əbilov avtomobil qəzası keçirib ki, bu amil problemləri daha da artırıb.

Düzdür, klub prezidentinin səhhətində ciddi bir problem yoxdur və onun sadəcə avtomobili ziyan görüb. Bununla belə, baş verənlər M.Əbilovun başını qarışdırıb və o, hələ də komandasının problemlərinə vaxt ayıra bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə