"Bavariya"nın futbolçusu Aryen Robben, UEFA Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə oyundan sonra səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol ulduzu, növbəti mərhələdə "Çelsi" ilə qarşılaşmaq istəmədiklərini açıqca elan edib: "Məncə, "Mançester Yunayted"lə qarşılaşmanın birinci hissəsində çox yaxşı təsir bağışladıq. Topla daha sürətli oynayırdıq. Oyundan əvvəl keçirilən məşqdə etdiyim hərəkətlər vurduğum qolda rol oynadı. Yarımfinalda isə "Çelsi" ilə qarşılaşsaq, bizim üçün çox çətin olacaq. Hətta bu, bizim üçün ən pis püşkdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB