"Land of fire Azerbaijan" formaları 59.90 avroya satışa çıxarılıb

"Land of fire Azerbaijan" formaları 59.90 avroya satışa çıxarılıb

Madrid "Atletiko"su, üzərində "Land of fire Azerbaijan" yazılan formaları artıq satışa çıxarıb. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, bir formanın qiyməti 59.90 avrodur. Qeyd edək ki, "Atletiko" 2013-ci ildə "Bakı" klubunun prezidenti Hafiz Məmmədovla sponsorluq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən klubun oyunçuları meydana üzərində "Land of fire Azerbaijan" yazılmış forma ilə çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə