Dünən axşam "Barselona"nı UEFA Çempionlar Liqasından kənarlaşdıran "Atletiko", ciddi problemlə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, "Atletiko"nun prezidenti Enrike Serezo "Marca"ya açıqlamasında elan edib ki, Madrid klubunun qapıçısı Tibo Kurtua Çempionlar Liqasında İngiltərənin "Çelsi" klubuna qarşı oynaya bilməz. Klub prezidenti, müqavilə ilə "Çelsi"yə məxsus olan belçikalı qolkiperin artıq 3 ildir Madrid komandasında icarə əsasında çıxış etdiyini xatırladıb. İcarə müqaviləsində isə göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gəlsə, Kurtua "Atletiko"ya yalnız 6 milyon avro qarşılığında kömək edə bilər. Həmin məbləğ isə "zadəganlar"a ödənilməlidir. Serezo deyib: "Biz "Çelsi"yə rəqib olsaq, Kurtuasız keçinmək zorunda qalacağıq. Çünki 6 milyon avronu xərcləməyi sadəcə, özümüzə münasib saymarıq". Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalına "Atletiko" və "Çelsi"dən əlavə, "Real"la "Bavariya" da yüksəlib. Püşkatma mərasimi aprelin 11-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB