İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib

İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "ABU Arena"da idman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Olimp", "Şane", "Odlar Yurdu", "Azəri İnciləri", "Çinar", "Rəqs Dünyası", "Siluet" və "Rovesnik" idman klublarını təmsil edən 88 idmançı (44 oğlan və 44 qız) iştirak edib. "Yeniyetmələr II" yaş qrupunda Raul İsgəndərov və Roksana Atalan (St, La - "Olimp" idman klubu), "Gənclər" yaş qrupunda Valeriy Krasavin və Yelizaveta Novikova (St, La – "Sirdaş" idman klubu), "Böyüklər" yaş qrupunda Arif Məmmədov və Mira Nağıyeva (St - "Olimp" idman klubu), Fərid Mehdiyev və Cəmilə Çernova (La - "Şane" idman klubu) I yerə layiq görülüblər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə