Topaz Premyer Liqasının XXX turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Rəvan" hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da bir araya gələn "aslanlar" dünən bir məşqlə kifayətləniblər.
Futbolçulardan yalnız hərarət səbəbi ilə məşqə qatılmayan Ayaz Mehdiyev baş məşqçi Güvənç Kurtarın sərəncamında olmayıb. A.Mehdiyevlə yanaşı, mikrozədələri olan Oke Akpoveta və Tyaqo Mirasemanın "Qarabağ"la oyunda qarşı forma geyinib-geyinməyəcəkləri qarşılaşma günü bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Rəvan" görüşü aprelin 12-də keçiriləcək. Matç saat 18:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB