Azərbaycan Super Liqasının finalçıları müəyyənləşib

Azərbaycan Super Liqasının finalçıları müəyyənləşib

Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının finalçıları müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Əvvəlcə meydana "İqtisadçı" və "Azəryol" komandaları çıxıblar. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Azəryol" kollektivi finala yüksəlib. Komandalar arasında keçirilmiş ilk oyun da "Azəryol"un xeyrinə yekunlaşmışdı - 3:1.

Digər oyunda isə "Rabitə" və "Azərreyl" komandaları qarşılaşıblar. İlk matçda rəqibini məğlub edən "Rabitə" (3:1) ikinci görüşündə də meydandan üatün ayrılıb - 3:0.

Beləliklə, "Azəryol" və "Rabitə" komandaları qızıl, "İqtisadçı" və "Azərreyl" kollektivləri isə bürünc medal uğrunda yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə