"Rəvan" FK-da uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən təyin edilən idman direktoru Peter Neuştadterin təqdimat mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə paytaxt təmsilçisinin rəsmisi Füzuli Əliyev, uşaq futbolunun rəhbəri Bəhmən Həsənov və məşqçi heyəti iştirak ediblər.
"Rəvan" FK-nın aşağı yaş qrupları üzrə komandalarına rəhbərlik edən məşqçilərlə tanış olan P.Neuştadter klubdakı gələcək fəaliyyəti barədə məlumat verib. 48 yaşlı almaniyalı mütəxəssis təyinatından məmnun olduğunu və əməkdaşlığın müsbət nəticələrini göstərəcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunan qərarlardan biri də Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB