"Bavariya" "Mançester Yunayted"i ÇL-dən uzaqlaşdırdı

"Bavariya" "Mançester Yunayted"i ÇL-dən uzaqlaşdırdı

Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" "Mançester Yunayted"lə üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, almanlar "qırmızı şeytanlar"dan üstün olublar. Matçın 57-ci dəqiqəsində "Mançester Yunayted"in futbolçusu Patrik Evra hesabı açıb. Daha sonra 59, 68 və 76-cı dəqiqələrdə müvafiq olaraq Mario Mandzukiç,Tomas Müller, Aryen Robben fərqləniblər və oyun 3:1 hesabı ilə başa çatıb. "Bavariya" növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə