Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərində XVI "Dubay Open" beynəlxalq şahmat turniri keçirilir. Siasport.az saytının məlumatına görə, turnirdə 39 ölkədən 148 oyunçu iştirak etsə də, onların yalnız 87-si FİDE-nin adlarını daşıyır.
İki turdan sonra turnirə hərəyə 2 xal toplamış 27 oyunçu liderlik edir. Azərbaycan nümayəndələri, FİDE ustaları Nərmin Xələfova və Həsən Quliyev hərəyə 0,5 xal toplayıblar.
Üçüncü turda N.Xələfovanın rəqibi İran şahmatçısı Borna Derakşani olacaq. H.Quliyev isə Hindistan nümayəndəsi Mariya Furtado İvano ilə görüşəcək. Turnir İsveçrə sistemi ilə 9 turda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB