Xəbər verdiyimiz kimi, UEFA-nın "Klubların Lisenziyalaşdırması və Maliyyə Fair Play" şöbəsinin Maliyyə Fair Play məsələləri üzrə meneceri Philippe Rasmussen Bakıda işgüzar səfərdədir. Siasport.az saytının məlumatına görə, bu gün AFFA-nın Futbol akademiyasında Philippe Rasmussenin rəhbərliyi ilə Topaz Premyer Liqasında çıxış edən klubların maliyyəçiləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunub. Seminarda Philippe Rasmussen tərəfindən prezentasiya təqdim olunub, həmçinin nəzəri və praktiki məşğələlər keçirilb. Seminarın sonunda klub nümayəndələri 2013-cü il üzrə müvafiq maliyyə məlumatlarını qeyd olunmuş proqrama daxil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB