Hakan Şükürün adına olan stadionun adı dəyişdirilir FOTO

Hakan Şükürün adına olan stadionun adı dəyişdirilir FOTO

Ötən ilin sonunda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verən veteran futbolçu, Türkiyə Böyük Millət Məclisinin üzvü Hakan Şükürün adına olan stadionun adı dəyişdirilir. Siasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin media orqanları xəbər yayımlayıblar. Xəbərlərdə H.Şükürün Gülən hərəkatı ilə bağlılığı iddia olunur.

Xatırladaq ki, 2010-ci ildə istifadəyə verilən Sancaktəpə stadionu peşəkar futbol komandaları ilə birlikdə, həvəskar komandaların da məşqlərində və yarışlarında istifadə edilirdi. UEFA standartlarına uyğun şəkildə dizayn edilən, 7.000 azərkeş tutumuna malik Sancaktəpə stadionunun açılışına H.Şükür başda olmaqla, bəzi "Qalatasaray"lı oyunçular da qatılmışdı.

Sabiq futbolçu bu barədə xəbərləri oxuduqdan sonra "Twitter" hesabında fikirini bildirib: ​​"Divarda şəklin olacağına aləmdə adın olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə