Norveç millisinin nümayəndə heyəti "Bakı" futbol klubunun təlim-məşq bazasında olub
Futbol üzrə Norveç milli komandasının baş inzibatçısı Quttorm Dillinq başçılıq etdiyi nümayəndə heyəti ilə "Bakı" futbol klubunun təlim-məşq bazasında olub. Siasport.az saytının məlumatına görə, qısamüddətli səfərin əsas məqsədi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə birgə "H" qrupunda yer alan Norveç komandasının Bakıdakı oyununa hazırlıq məsələlərini müzakirə etməkdir.
Bazanın infrastrukturu ilə yaxından tanış olan qonaqlar gordüklərindən məmnun qaldıqlarını bildiriblər və böyük ehtimalla Norveç yığması paytaxtımıza səfər zamanı Azərbaycan yığması ilə oyunun hazırlığının son mərhələsini məhz "Bakı"nın bazasında keçirəcək.
Xatırladaq ki, Azərbaycan - Norveç oyunu bu il noyabrın 19-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə