Əli Gökdəmir zədə üzündən “Qaziantepspor”a qarşı çıxış edə bilməyəcək

Əli Gökdəmir zədə üzündən “Qaziantepspor”a qarşı çıxış edə bilməyəcək
Futbol üzrə Türkiyə Superliqasında mübarizə aparan "Elazığspor" Superliqanın 29-cu turu çərçivəsində "Qaziantepspor"a qarşı keçirəcəyi oyuna hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bu komandanın heyətində çıxış edən millimizin müdafiəçisi Əli Gökdəmir zədəlidir və öz köhnə zədəsinin müalicəsi ilə məşğuldur. Gökdəmir bu zədə səbəbi ilə komandasının bir neçə oyununu buraxıb. Güman ki, futbolçu "Qaziantepspor"a qarşı keçiriləcək oyunu da buraxacaq. Hazırda "Elazığspor" 28 xalla yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə