Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari, sensasion təkliflə çıxış edib.Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis, futbolçularını dünya çempionatı zamanı "akrobatik seksdən" imtina etməyə çağırıb. Bununla yanaşı, o normal seksin əleyhinə olmadığını, amma bəzi məqamlara diqqət yetirmək lazım gələcəyini vurğulayıb. "Oyun öncəsi seks? Əgər normaldırsa, niyə də olmasın" - deyə, Skolari bildirib: "Amma elə şeylər var ki, insanı, xüsusən də futbolçunu yorur". Qeyd edək ki, hələlik cinsi əlaqənin oyun öncəsi futbolçulara necə təsir etdiyi barədə ümumi rəy yoxdur. Müxtəlif vaxtlarda bir neçə araşdırma aparılsa da, mütəxəssislər yekdil rəyə gələ bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB