Ərsun Yanal Səlcuk İnanı “Fənərbaxça”ya aparır?

Ərsun Yanal Səlcuk İnanı “Fənərbaxça”ya aparır?

"Qalatasaray"ın aparıcı oyunçularından biri Səlcuk İnanın "Fənərbaxça"ya keçə biləcəyi ilə bağlı iddialar reallığa çevrilməyə başlayır. Siasport.az saytı xəbər verir ki, derbi zamanı azarkeşlərlə və baş məşqçi Roberto Mançini ilə arasında münaqişə yaranan Səlcuka bir-birinin ardınca telefon zəngləri gəlir. Oyundan stadionu təkbaşına tərk edən Səlcuk İnana ilk zəng edənlərdən biri "Fənərbaxça"nın hazırkı baş məşqçisi Ərsun Yanal olub. Futbolçunun karyerasında önəmli rol oynayan Yanal ona "Üzülmə Səlcuk, sən böyük futbolçusan. Pis günləri arxada qoya biləcəksən. Böyük qardaşın, müəllimin olaraq yanındayam. "Fənərbaxça"nın da qapısı hər zaman sənin üzünə açıqdır" deyib. Digər tərəfdən, "Qalatasaray"ın keçmiş futbolçusu və hazırda "Atletiko Madrid"in aparıcı oyunçularından olan Arda Turan da Səlcuk İnana zəng edib. Səlcukun "Aslana" keçməsində böyük rol oynayan Arda dostuna ürək-dirək və bəzi tövsiyələri verib. Arda belə şeylərin əvvəllər onun da başına gəldiyini vurğulayıb: "Bilirəm, indi çox hirslisən. Amma "Qalatasaray"dan ayrılmağı bir an olsun ağlına gətirmə. Bunlar keçib gedəcək. Komandanın həqiqi tərəfdarları mütləq sənə sahib çıxacaqlar. Özünü boş yerə üzmə. O forma sənə çox yaraşır".

Bütün xəbərlər Facebook səhifəmizdə