"Qəbələ" "Torino" ilə qarşı-qarşıya

"Qəbələ" "Torino" ilə qarşı-qarşıya

"Qəbələ"nin U-15 kollektivinin iştirakı ilə baş tutacaq 1999-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Stefano Qusella xatirə turnirinin püşkatması keçirilib. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, 48 komandanın mübarizə aparacağı turnirdə rəqiblər 12 qrupa bölünüb. "Qəbələ" R qrupunda Italiya təmsilçiləri - "Torino", "Valle dAosta" və "Arenzano" ilə mübarizə aparacaq. "Qırmızı-qaralar" turnirdə ilk oyununu aprelin 18-də Bakı vaxtı ilə saat 14:00-da "Valle dAosta"ya qarşı keçirəcək. Həmin gün 19:30-da "Arenzano"nu sınağa çəkəcək "Qəbələ" ertəsi gün 16:00-da "Torino" ilə üz-üzə gələcək. Komandanın digər matçları isə qrupda tutacağı yerdən asılı olacaq. Xatırladaq ki, turnir aprelin 18-dən 21-dək İtaliyanın Turin şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə