Sergey Karyakin: "Azərbaycana həyatdan vaxtsız getmiş ən yaxşı dostumun xatirəsini ehtiramla yad etməyə gedirəm"

Sergey Karyakin: "Azərbaycana həyatdan vaxtsız getmiş ən yaxşı dostumun xatirəsini ehtiramla yad etməyə gedirəm"

Qrossmeyster Sergey Karyakin Rusiya mediasında müsahibə verib. Siasport.az saytının məlumatına görə, o, istirahət etməyə vaxtı olmadığını qeyd edib: "Sabah mən Rusiyanın komanda çempionatında oynamağa başlayıram. Sonra Azərbaycanda superturnir keçiriləcək. Mən oraya həyatdan vaxtsız getmiş ən yaxşı dostumun xatirəsini ehtiramla yad etməyə gedirəm. Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnir Şəmkir şəhərində keçiriləcək. Bu turnirin tərkibi Xantı-Mansiyskdəki turnirlə müqayisədə heç də zəif deyil. Orada Karlsen, Karuana, Nakamura, Məmmədyarov və Rəcəbov kimi güclü şahmatçılar iştirak edəcəklər. Üstəlik, bizim mübarizəmiz iki dövrədən ibarət olacaq".

Şahmatçı daha sonra vurğulayıb: "Vüqar ölümündən əvvəl demişdi: "İndi sən hər ikimizin əvəzinə oynamalısan". Buna görə Şəmkir səfəri mənim üçün xüsusi əhəmiyyət kəsb edir…".
Xatırladaq ki, Sergey Karyakin iddiaçıların Xantı-Mansiyskdə keçirilmiş turnirində ikinci yeri tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə