"Qəbələ" İK-nın cüdoçusu Avropa Kubokunda gümüş medal qazanıb

"Qəbələ" İK-nın cüdoçusu Avropa Kubokunda gümüş medal qazanıb

"Qəbələ" İK-nın cüdoçusu Rüfət İsmayılov gənclərin Avropa Kubokunda uğurlu çıxışı ilə yadda qalıb. Siasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yalnız finalda məğlub olaraq, turnirin gümüş medalına sahib olub. Bu çəkidə medallar uğrunda 43 cüdoçu tatamiyə çıxıb.

Ümumilikdə milli komandamız yarışda 16 idmançı ilə təmsil olunub ki, bunlardan 6-ı "Qəbələ" İK-nın çüdoçusu olub. Yığmamız yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə