Philippe Rasmussen Bakıda işgüzar səfərdədir FOTOSESSİYA

Philippe Rasmussen Bakıda işgüzar səfərdədir FOTOSESSİYA

UEFA-nın "Klubların Lisenziyalaşdırması və Maliyyə Fair Play" şöbəsinin Maliyyə Fair Play məsələləri üzrə meneceri Philippe Rasmussen Bakıda işgüzar səfərdədir. Siasport.az saytının məlumatına görə, səfərin əsas məqsədi aprelin 9-da Topaz Premyer Liqasında çıxış edən klubların maliyyəçiləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunacaq seminarın təşkilidir. Seminarda Philippe Rasmussen tərəfindən prezentasiya təqdim olunacaq, həmçinin nəzəri və praktiki məşğələlər keçiriləcək. Seminarın sonunda klub nümayəndələri 2013-cü il üzrə müvafiq maliyyə məlumatlarını qeyd olunmuş proqrama daxil edəcəklər.

Philippe Rasmussen bu gün AFFA-nın Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə görüş keçirib və cari lisenziyalaşdırma prosesi müzakirə olunub. Müzakirələr zamanı 2014-15-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-ya müraciət etmiş klubların sənədləri ilə bağlı potensial risklərə toxunulub və bununla bağlı Philippe Rasmussen tərəfindən müvafiq tövsiyələr verilib. Philippe Rasmussen lisenziya almaq üçün klubların "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydaları"na riayət etməsinin vacibliyini xüsusi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə