Bu gün "Bayıl Arena"da "Təhsil kuboku" uğrunda futbol yarışının açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) nümayəndələri iştirak ediblər.
ATFF-nin baş katibi Əfqan Həmzəyev yarış haqqında məlumat verdikdən sonra nazirlik nümayəndəsi Vasif Məmmədov çıxış edərək ölkəmizdə futbola göstərilən diqqət və qayğıdan danışıb. O, Təhsil Nazirliyinin futbolun inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Nazirlik rəsmisi iştirakçılara uğurlar arzulayıb.
ATFF-nin prezidenti Fazil Qarayev Azərbaycanda futbolun gündən-günə daha da inkişaf etdiyini qeyd edərək, ölkəmizdə idmanın inkişafı istiqamətində əvəzolunmaz işlər həyata keçirildiyini deyib. O, ali təhsil ocaqlarının komandalarını qarşılaşmalar zamanı qaydalara əməl etməyə çağırıb və iştirakçıları yeni çempionatın açılışı münasibəti ilə təbrik edib.
Tədbir bədii proqramla davam etdirilib.
Açılış mərasimi başa çatdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları arasında oyuna start verilib.
Qeyd edək ki, Təhsil Nazirliyi və ATFF-nin təşkilatçılığı ilə keçirilən ölkə çempionatında 29 ali məktəbin komandası iştirak edir. Oyunlar Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" RİOEUGF-nın və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB