"Qəbələ" İK-nın taekvondoçuları "Belgian Open" turnirində uğurlu çıxışla yadda qalıblar

"Qəbələ" İK-nın taekvondoçuları "Belgian Open" turnirində uğurlu çıxışla yadda qalıblar

Yeniyetmələrdən ibarət yığma komandanın heyətində ənənəvi "Belgian Open" turnirində iştirak edən "Qəbələ" İdman Klubunun taekvondoçuları uğurlu çıxışla yadda qalıblar. Siasport.az saytının məlumatına görə, Belçikanın Lommel şəhərində baş tutan yarışda təmsilçilərimiz 3 medal qazanıblar. Orxan Tağızadə (+65 kq) və Diana Hacıəliyeva (41 kq) rəqiblərinə heç bir şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qasım Aslanov (53 kq) turniri bürünc medalla yekunlaşdırıb.

Xatırladaq ki, "Qəbələ" turnirdə 4 idmançı ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə