"İnter"in direktoru əvəzedici komanda ilə görüşüb

"İnter"in direktoru əvəzedici komanda ilə görüşüb

"Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçiləri və futbolçuları ilə görüş keçirib. Siasport.az saytının məlumatına görə, əvəzedici heyəti son matçda qazanılmış qələbə münasibəti ilə təbrik edən N.Məmmədov komandanın qarşısında dayanan məqsədə doğru inamla addımlamasının önəmli olduğunu vurğulayıb.

Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın hazırlığı barədə məlumat verib, turnir cədvəlindəki mövqelərini qorumağa çalışacaqlarını qeyd edib və klub rəhbərliyinə komanda üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Görüşdə digər cari məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə