Xəbər verdiyimiz kimi, Azərbaycan karateçiləri İstanbulda baş tutan 27-ci Beynəlxalq "Boğaziçi" turnirini zəfərlə başa vurublar. İdmançılarımız 4 qızıl, 2 gümüş və 10 bürünc medal olmaqla 16 mükafata sahib olublar. Siasport.az saytının məlumatına görə, yığma komandada 4 karateçi ilə təmsil olunan "Qəbələ" İdman Klubu millimizə 4 medal qazandırıb. Kişilərdən ibarət milli komandamız komanda kumite yarışının da qalibi olub.
Turnirin favoritləri hesab edilən karateçilər Rəfael Ağayev (75 kq) və Niyazi Əliyev (67 kq) onlara bəslənən ümidləri doğruldublar və qızıl medal qazanıblar. Rafiz Həsənov (67 kq) yalnız finalda qələbəni əldən verib. Orxan Heydərli (+84 kq) isə bürünc mükafatla kifayətlənməli olub.
Xatırladaq ki, "Boğaziçi" açıq turnirində 16 ölkədən 756 idmançı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB