"Rəvan”da yeni təyinat

"Rəvan" futbol klubunun İdarə Heyətində dəyişiklik olub. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin mətbuat katibi Elvin Yaqubov vəzifəsindən azad edilib. Onu bu postda Şamo Quliyev əvəzləyib.

Ş.Quliyev işinin icrasına dünəndən başlayıb.

Klub, 2013-cü ildən "Rəvan"da çalışan E.Yaqubova xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə