Azərbaycan samboçuları İspaniyaya yollacaqlar

Azərbaycan samboçuları İspaniyaya yollacaqlar

Aprelin 9-dan 14-dək İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə Avropa birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı yeniyetmələrin mübarizəsində Eyvaz Baxşiyev (48 kq), Tural Allahverdiyev (52 kq), Fərid Qardaşxanov (56 kq), Elton Quliyev (60 kq), Natiq Sarıyev (65 kq), Elçin Cəlilov (70 kq), Ceyhun Məmmədzadə (75 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) təmsil edəcəklər.

Gənclərin yarışda isə Ülvi Xankişiyev (48 kq), Nəsimi Umbayev (52 kq), Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq), Zaur Babayev (68 kq), Xaliq Niftəliyev (74 kq) və Eyvaz Nəsibli (82 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Milli komandamıza baş məşqçi Yaqub Abdullayev rəhbərlik edəcək. Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə