"C" kateqoriyalı məşqçi kursu keçiriləcək ELAN

"C" kateqoriyalı məşqçi kursu keçiriləcək ELAN

2014-cü il aprelin 21-dən 30-dək Bakı şəhərində AFFA tərəfindən C kateqoriyalı məşqçi kursu keçiriləcək. Siasport.az saytının məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd şəkil (3x4)

5. Tərcümeyi-hal

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Əlaqələndirici şəxs: Anar Şıxəliyev

Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30

E-mail: [email protected]

Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar. Sənədlər aprelin 15-dək qəbul olunur.

Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə