İdmançılarımız Avropa çempionatında mübarizə aparacaqlar

İdmançılarımız Avropa çempionatında mübarizə aparacaqlar

Cari il aprelin 9-dan 16-na kimi Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, ilk dəfə Avropa çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edəcək.
Yarışda Avropanın 30-a yaxın ölkəsi iştirak edəcək. Yeddi gün davam edəcək çempionatda idmançılarımız uzun və orta məsafə, eləcə də sprint üzrə yarışda çıxış edəcəklər.
Qeyd edək ki, milli komandanın Portuqaliyaya uçuşu aprel ayının 8-i nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə