Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemi yaradılıb. Siasport.az saytının məlumatına görə, artıq bu sistemdə qeydiyyata alınanların sayı 60 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 60000-ci üzvü "Məktəblərdə futbol dərsi" layihəsində iştirak edən Gəncə şəhəri 24 №-li orta məktəbin 5-ci sinif şagirdi Rzayeva Rəvanə Razim qızıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB