Milli komandamız Avropa kubokunda 5 medal qazanıb

Milli komandamız Avropa kubokunda 5 medal qazanıb

Yunanıstanda gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Siasport.az saytının məlumatına görə, milli komandamız yarışda 5 medal qazanıb.
Yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rüfət İsmayılov (81 kq), Nəzakət Xəlilli (57 kq) gümüş, Sadıx Məhərrəmov (55 kq) və Davud Məmmədov (60 kq) bürünc medala sahib olublar.
Ümumi komanda hesabında Azərbaycan millisi 4-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə