Mbilla son 4 mövsümün ən yaxşısı oldu STATİSTİKA

Mbilla son 4 mövsümün ən yaxşısı oldu STATİSTİKA

"Xəzər Lənkəran" 2014-cü ildə ilk ev qələbəsini qazandı. Siasport.az saytının məlumatına görə, ötən il dekabrın 20-də "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxan komanda həmin görüşlərdə qalib gələ bilməmişdi. Bu il "Neftçi" (2:2) və "İnter"lə (1:1) heç-heçə edən, "Bakı"ya 0:2, "Simurq"a 1:3 hesabı ilə məğlub olan Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdilər.

Dörd oyunluq qələbə həsrətinə son qoyan "Xəzər Lənkəran" cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.

Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun "Qəbələ" ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan "Xəzər Lənkəran" Etame Mbillanın qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə "Xəzər Lənkəran"ın heyətində ən yüksək məhsuldarlıqdır. Sonuncu dəfə komandada 9 və daha çox qol vuran oyunçu buna 2009/10 mövsümündə nail olmuşdu.

Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidir.

Mövsüm

Futbolçu

Qol

Oyun

2004/05

Oqtay Dərəlioğlu

17

21

2004/05

Samir Əliyev

20

31

2006/07

Zaur Ramazanov

20

24

2007/08

Zaur Ramazanov

11

25

2008/09

İvan Tsvetkov

15

21

2009/10

Allan Lalin

9

27

2009/10

Mario Souza

9

28

2013/14

Etame Mbilla

9

25

Bütün xəbərlər Facebook səhifəmizdə