Futzal üzrə UEFA kubokunun final mərhələsinin biletləri aprelin 15-dən etibarən satışa çıxarılacaq. Siasport.az saytının məlumatına görə, biletləri "Sərhədçi" İdman Olimpiya Mərkəzində və 28 Mall Ticarət Mərkəzində saat 10:00-dan 22:00-dək əldə etmək mümkün olacaq. Biletlərin qiyməti 2 manatdır.
Təqvimi diqqətinizə çatdırırıq:
1/2 final, 24 aprel
18:30. "Kayrat" - "Dinamo"
21:00. "Araz" - "Barselona"
26 aprel
19:00. III yer uğrunda oyun
21:30. Final
Qeyd edək ki, bütün oyunlar "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB