Azad Rəhimov "Sportaccord" Beynəlxalq Konvensiyasının iclasında iştirak edir

Azad Rəhimov "Sportaccord" Beynəlxalq Konvensiyasının iclasında iştirak edir

Gənclər və idman naziri Azad Rəhimov aprelin 7-dən etibarən Türkiyə Respublikasının Antalya şəhərində öz işinə başlayan "Sportaccord" Beynəlxalq Konvensiyasının növbəti illik sessiyasında iştirak etmək üçün bu ölkəyə rəsmi səfərə yola düşüb. Siasport.az saytının məlumatına görə, "Sportaccord" Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə qlobal tədbirlər keçirən təşkilatdır.

Sessiya çərçivəsində beynəlxalq federasiyaların prezidentləri, baş katibləri, idmanla əlaqəli şirkətlərin rəhbərləri ilə görüşlərin və müzakirələrin keçirilməsi üçün imkanlar yaradılır.

Tədbir zamanı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası, Yay və Qış Olimpiya Oyunları Beynəlxalq Federasiyalarının Baş Assambleyaları, İdman Assosiasiyalarının Müstəqil Üzvləri Birliyinin plenar iclası və digər görüşlər keçiriləcək.

Tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına aid sərgi təşkil olunacaq və Avropa Oyunlarının təqdimatı təşkil olunacaq. Sessiya 10 aprel tarixində öz işinə yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə