Xəbər verdiyimiz kimi, Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, çempionatın son iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 2 gümüş və 2 bürünc medal qazanıblar.
Gümüş medalları Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq), bürünc medalları isə, Kamran Məmmədov (59 kq) və Elvin Mürsəliyev (71 kq) əldə ediblər.
Ümumilikdə, 38 xal toplayan yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında Avropa çempionatını 3-cü sırada tamamlayıb. İlk sırada 54 xalla Rusiya, 2-ci sırada isə 46 xalla Türkiyə yığmaları qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB