AÇ-2014 son gün: Rəsul Çunayev gümüş, Elvin Mürsəliyev bürünc medal qazanıb VİDEOLAR
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz çempionatın son günündə 1 gümüş və 1 bürünc medal qazanıb.
71 kq-da çempionluğa iddialı olan Rəsul Çunayev 1/8 finalda Sergey Mironovu (Latviya) 8:0, 1/4 finalda türkiyəli Yunus Özeli 9:1 hesabı ilə üstələyib. Yarımfinaldakı rəqib Ukrayna təmsilçisi Armen Vardanyan olub. Ona rahatlıqla qalib gələn (9:0) Rəsul Çunayev adını finala yazdırıb. Finalda güləşçimiz macar Tamas Lorinczə uduzub və gümüş medalla kifayətlənib.
75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev 1/8 finalda Aleksandr Çekirkinə (Rusiya) uduzub. Ancaq rəqib finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Elvin ilk olaraq Polşa təmsilçisi Mateus Lukas Volni ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma güləşçimizin 3:2 hesablı üstünlüyü ilə başa çatıb. Həlledici görüşdə Elvin Mürsəliyev macar güləşçi Laszlo Szabonu 0:8 üstələyib və bürünc medala sahib olub.
Rafiq Hüseynov (80 kq) 1/8 finalda Ukrayna təmsilçisi Aleksandr Şişmanla qarşılaşıb və 2:8 hesabı ilə uduzub. A.Şişman növbəti mərhələdə uduzduğundan Rafiqin təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.
Saman Təhmasibi (85 kq) də 1/8 finalda litvalı Laymutis Adomaytisə məğlub olub - 3:8. Rəqib növbəti görüşünü uduzduğundan S.Təhmasibi də mübarizəni dayandırıb.
71 kq
1/8 final - Rəsul Çunayev - Sergey Mironovs (LAT) 8-0
1/4 final - Rəsul Çunayev - Yunus Özel (TUR) 9-1
1/2 final - Armen Vardanyan (UKR) - Rəsul Çunayev 0-9
FİNAL - Rəsul Çunayev - Tamas Lorincz (HUN) 0-2
75 kq
1/8 final - Aleksandr Çekirkin (RUS) - Elvin Mürsəliyev 9-1
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Mateus Lukas Volni (POL) 3-2
Bürünc medal görüşü - Laszlo Szabo (HUN) - Elvin Mürsəliyev 0-8
80 kq
1/8 final - Rafiq Hüseynov - Oleksandr Şişman (UKR) 2-8
85 kq
1/8 final - Saman Təhmasibi - Laymutis Adomaytis (LTU) 3-8
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB