“Dördlər finalı”na təyinatlar açıqlanıb

“Dördlər finalı”na təyinatlar açıqlanıb

Futzal üzrə UEFA kuboku yarışlarının Bakıda keçiriləcək "Dördlər finalı"na təyinatlar açıqlanıb. Siasport.az saytının məlumatına görə, aprelin 24-dən 26-dək keçiriləcək qarşılaşmaları idarə edəcək hakimlər müəyyənləşib.

"Araz" (Azərbaycan), "Barselona" (İspaniya), "Kayrat" (Qazaxıstan) və "Dinamo" (Moskva) komandalarının mübarizə aparacaqları yarışa 4 hakim təyinat alıbmışdır. Onların ən təcrübəliləri Borut Şiviç (Sloveniya) və Alessandro Malferdir (İtaliya). Eduardo Joze Fernandeş Koelyu (Portuqaliya) və Mark Birkett (İngiltərə) həlledici mərhələnin nisbətən gənc hakimləridir.

Bu hakimlərin yarımfinal və final matçlarına bölgüsü sonradan aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə