Azərbaycan gimnastları Dünya Kuboku yarışlarının finalında

Azərbaycan gimnastları Dünya Kuboku yarışlarının finalında

Lissabonda bədii gimnastika üzrə Dünya Kuboku yarışları və beynəlxalq turnir keçirilir. Siasport.az saytının məlumatına görə, Dünya Kuboku yarışlarının birinci günündə Azərbaycan komandası 10 gürz ilə hərəkətlərdə 16,950 bal toplayaraq ikinci yeri tutub və finala vəsiqə qazanıb.

Yuniorların turnirində Jalə Piriyeva halqa ilə hərəkətlərdə 15,1 bal nəticə ilə üçüncü, Züleyxa İsmayılova isə 14,35 bal nəticə ilə 9-cu yeri tutub. Top ilə hərəkətlərin yekununda Piriyeva 15 bal nəticə ilə beşinci, İsmayılova isə 14,45 bal nəticə ilə yenə doqquzuncu olub.
Beləliklə, Jalə Piriyeva hər iki finala vəsiqə qazanıb. Gimnast qızlarımız çıxışlarının yekununa görə 58,9 bal nəticə ilə üçüncü yerdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə