Azərbaycan güləşçisi erməni rəqibi üzrərində vaxtından əvvəl qələbə qazandı və Avropa çempionu oldu VİDEOLAR
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatın dördüncü günündə 70 və 86 kq çəki dərəcəsində sərbəst, 63 və 75 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıb.
Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edib. İdmançılarımız 1 qızıl medal qazanıb.
70 kq-da Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabı ilə, 1/4 finalda macar İstvan Qulyası 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör olub. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 hesablı üstünlüyü ilə başa çatıb. Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi erməni güləşçi Qriqor Qriqoryan olub. Rəqibinə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanıb və Avropa çempionu olub.
86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Pyotr Yanulovla gərgin keçən qarşılaşmadan üstün ayrılıb. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini asanlıqla mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macar İstvan Vereblə görüşdən məğlub ayrılıb və mübarizəni dayandırıb.
70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Anton Afanasyev (BLR) 10-2
1/4 final - İstvan Gulyas (HUN) - Ruslan Dibirhacıyev 2-6
1/2 final - Ruslan Dibirhacıyev - Yakup Gör (TUR) 5-4
FİNAL - Qriqor Qriqoryan (ARM) - Ruslan Dibirhacıyev 2-12
86 kq
1/16 final - Pyotr Yanulov (MDA) - Həmzət Osmanov 4-4*
1/8 final - Fırat Binici (TUR) - Həmzət Osmanov 0-10
1/4 final - İstvan Vereb (HUN) - Həmzət Osmanov 4-1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB