"Yaz turniri"nə yekun vurulub FOTOSESSİYA

"Yaz turniri"nə yekun vurulub FOTOSESSİYA

Azərbaycan Texniki Universitetinin idman kompleksində AFFA və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən futzal üzrə "Yaz turniri"nə bu gün yekun vurulub. Siasport.az saytının məlumatına görə, turnirin qalibi adını "Birlik" komandası qazanıb. "Ümid" ikinci, "Zirvə" komandası isə üçüncü yeri tutub. Turnirin ən yaxşı oyunçusu adına Rahim Nəbiyev ("Birlik"), ən yaxşı qapıçı adına isə Xəlil Fərəcli ("Şimşək") layiq görülüb. Ən məhsuldar oyunçu "Birlik" komandasının üzvü Seydulla Əzimov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə