"Azərbaycan idmançıları ilə yanaşı Ermənistan, Qazaxıstan, Rumıniya və digər ölkələrin yığmalarında da dopinq-testlərin nəticələri müsbət çıxıb. Nəticədə onların hər biri cəzalandırılıb. Yəni, ağırlıqqaldıranlarımızın məqsədli cəzalandırılmalarından söhbət gedə bilməz". Siasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir vurğulayıb ki, ölkənin bütün idman ictimaiyyəti dopinqdən istifadənin əleyhinədir: "2006-cı ildən Gənclər və İdman Nazirliyində dopinqə qarşı mübarizə sektoru yaradılıb. Bu gün Azərbaycan dopinq-testlərin göndərilməsi baxımından MDB ölkələri arasında Rusiya və Ukraynadan sonra 3-cü yerdədir. Hər il 500-dən artıq analizi müxtəlif laboratoriyalara göndəririk. Sözsüz ki, dopinqə qarşı mövqeyimiz çox ciddidir. Biz buna qarşı sonadək mübarizə aparacağıq. Ona görə də 9 ağırlıqqaldıranımızın dopinq-testdən keçə bilməyərək, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırılmasını nə dəstəkləyə, nə əlavə bir söz deyə bilərik".
Nazir qeyd edib ki, bəzən prosessual məsələlərdə və ya dopinq-testin götürüldüyü təşkilatda sadə səhvlərə yol verilir: "Səhvlərin nəticəsində idmançı da günahsız olduğu halda cəzalandırıla bilər. Ona görə də, sözün yaxşı mənasında biz bu məsələ ərafında "istintaq" aparırıq. Məlum məsələ ilə bağlı Ağır Atletika Federasiyası ilə görüşümüz olub. Növbəti addımlar barədə idmansevərlərə və mediaya rəsmi məlumat çatdırılacaq".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB